“Bavariya” üç futbolçusu ilə vidalaşdı

Almaniya çempionu “Bavariya” üç futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi David Alaba, Jerom Boatenq və Xavi Martineslə yolların ayrıldığını açıqlayıb.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Sözügedən futbolçularla müddəti başa çatan müqavilələr yenilənməyib.

Qeyd edək ki, Alaba, Boatenq və Martines mövsümün ortasında Münhen təmsilçisindən ayrılacaqlarını bildirmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button