“Bavariya” qalib gəldi, futbolçusunu itirdi

Futbol üzrə klublararası dünya çempionatının final matçında “Tiqres”ə (Meksika) 1:0 hesabı ilə qalib gələn “Bavariya” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Münhen klubunun futbolçusu Serj Qnabri zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunun 64-cü dəqiqəsində zədələnən futbolçu matçı davam etdirə bilməyib.

Tibbi müayinədən sonra Qnabrinin sol ayaq əzələsindən zədələndiyi müəyyənləşib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.