“Bavariya” rəsmisindən Halandla bağlı açıqlama

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge açıqlama verib.

Komanda.az xəbər verir ki, “Bild” nəşrinə açıqlama verən Rummenigge, son zamanlarda adı klubla hallanan “Borussiya”lı (Dortmund) Erlinq Halandla bağlı danışıb:

“Bu xəbərlər hardan çıxır bilmirəm, amma bu mövqedə dünyanın ən yaxşı futbolçusu bizdədir. Onun – Robert Levandovskinin bizimlə müqaviləsi 2023-cü ilin yayına qədərdir”.

Haland bu mövsüm Bundesliqada 21 oyuna 21 qol, Levandovski isə 25 oyuna 35 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button