“Borussiya” “Şalke”yə qarşı, “Bavariya” Berlin səfərində – Afişa

Bu gün Almaniya Bundesliqasında 26-cı tura start veriləcək.

Komanda.az xəbər verir ki, turun açılış matçında autsayderlər qrupunda yer alan “Fortuna” və “Paderborn” komandaları qarşılaşacaq.

Lider “Bavariya” bu turda Berlin səfərində “Yunion”un qonağı olacaq.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı ilə “Şalke” qarşılaşacaq. Rur derbisi adlanan görüş martın 14-də keçiriləcək.

Bundesliqada turun oyunları koronavirus pandemiyasına görə azarkeşsiz oynanılacaq.

Almaniya Bundesliqası, 26-cı tur

13 mart

23:30 Fortuna D – Paderborn

14 mart

18:30 Borussiya D – Şalke
18:30 Köln – Maynts
18:30 Hoffenhaym – Herta
18:30 Leyptsiq – Frayburq
21:30 Yunion – Bavariya

15 mart

18:30 Ayntraxt F – Borussiya M
21:00 Auqsburq – Volfsburq

16 mart

23:30 Verder – Bayer

Bombardir: Robert Levandovski (Bavariya) – 25 qol.