Levandovskinin yeni uğuru

“Bavariya” Almaniya Bundesliqasının 25-ci turunda səfərdə “Verder”i məğlub edib – 3:1.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada komandasının sonuncu qolunu vuran Robert Levandovski yeni uğura imza atıb. Polşalı hücumçu Bundesliqadakı qollarının sayını 268-ə çatdıraraq, turnir tarixinin bombardirləri siyahısında ikinci pilləyə şərik olub.

Bundesliqa tarixinin bombardiri 365 qolla Herd Müllerdir. İkinci sırada isə Klaus Fişer və Robert Levandovski qərarlaşıb (268).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button