“Bavariya” 20 milyon avroya razı oldu

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi “Bavariya”dan Mats Hummelsi transfer etmək niyyətindədir. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Tərəflərin artıq razılıq əldə etdiyi bildirilir.

“Borussiya” Hummels üçün “Bavariya”ya 20 milyon avro ödəyəcək. 30 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalancaq.

“Bavariya”nın yetirməsi olan Hummels 2009-2016-cı illərdə Dortmund “Borussiya”sında çıxış edib. 2016-cı ildə o, 35 milyon avro qarşılığında “Bavariya”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button