“Barselona”nın yeni rekordçusu Messi oldu

“Barselona” İspaniya La Liqasının 28-ci turunda səfərdə “Betis”i məğlub edib.

Komanda.az xəbər verir ki, 4:1 hesabıyla bitən görüş, Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, argentinalı hücumçu “Barselona” karyerasında sayca 477-ci qələbəsini qazanıb. O, bununla da, “Barsa” fomasıyla ən çox qələbə qazanan futbolçu ünvanına sahib olub.

Messidən əvvəl bu rekord “Barselona”nın sabiq üzvü Xaviyə aid idi. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisiylə 476 dəfə qələbəyə sevinmişdi.

2004-cü ildən “Barselona”da forma geyinən Messi, bu mövsüm La Liqada 29 qol vuraraq, bombardirlər yarışında liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button