Falkao üçün 12 milyon avroluq təklif

Zədələr səbəbiylə “Qalatasaray”da kifayət qədər şans qazanmayan Radamel Falkao karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Əl-Əhli” klubu 33 yaşlı hücumçunu transfer etmək istəyir. Digər hücumçusu Bafetimbi Qomislə yeni müqavilə imzalamağı düşünməyən klub, Falkao üçün “cim-bom”a 12 milyon avro təklif edib.

Keçən ilin yayında “Qalatasaray”a keçən kolumbiyalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button