
“Qarabağ” və “Sabah” Azərbaycan kubokunun finalında!
Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. İlk matçda “köhlən atlar” minimal hesabla məğlub olmuşdu. Cavab görüşündə isə darmadağına sevinən Ağdam təmsilçisi ilk finalçı olub.
Finala vəsiqə uğrunda digər qarşılaşma “Sabah”la “Neftçi” arasında keçirilib. Bu komandaların ilk duelində Masazır təmsilçisi 2:1 hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə qalib müəyyənləşməyib. Nəticədə, finala vəsiqəni “Sabah” bayram edib. Bu, “Sabah”ın tarixində ilkdir.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
Qarabağ – Araz-Naxçıvan 3:0
Qollar: Yassin Benzya, 65. Nəriman Axundzadə, 70. Toral Bayramov, 77-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1.
Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Araz-Naxçıvan: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov 6. Vadim Abdullayev (k) 26. Ömər Buludov 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 14. Miço Kuzmanoviç 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
Sabah – Neftçi 1:1
Qollar: Jesse Sekidika, 23 – Emin Mahmudov, 40.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”
İlk oyun – 2:1.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Bizi Facebook-da izləyin



