“Arsenal” onu satmaq istəmir

“Arsenal” müdafiəçisi Ben Uaytı satmaq niyyətində deyil.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “topçular” 28 yaşlı futbolçunun komandadan ayrılmasına icazə vermək istəmirlər.

Daha əvvəl Ben Uaytın kifayət qədər oyun praktikası əldə etmədiyi üçün “Arsenal”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı. Buna baxmayaraq, klub rəhbərliyi onu buraxmağı planlaşdırmır. Uayta “Everton”, “Mançester Siti” və bir sıra digər klublar maraq göstərsə də, London təmsilçisi mövqeyini dəyişməyib.

İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 14 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button