
“Nyukasl”ın müdafiəçisi “Arsenal”a keçmək istəyir
“Nyukasl”ın sağ cinah müdafiəçisi Tino Livramento “Arsenal”a keçməkdə maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçunun mümkün transferiylə bağlı müzakirələr son aylarda aktiv şəkildə davam edir. “Arsenal”ın idman direktoru Andrea Berta Livramentonu transfer siyahısına daxil edib və danışıqlar konkret nəticəyə gələrsə, oyunçu London klubuna keçməyə məmnuniyyətlə razılaşacaq.
23 yaşlı müdafiəçi 2023-cü ildə 37 milyon avroya “Sauthempton”dan “Nyukasl”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



