Bundesliqa klubunda yeni futbolçu

Almaniyanın “Yunion” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Berlin təmsilçisi son klubu “Volfsburq” olan Robin Knoxeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb. Knoxe yeni klubuna azad agent kimi qoşulub.

“Volfsburq”un yetirməsi olan Knoxe, 2011-ci ildən bu klubun uğurları üçün çalışırdı. Müdafiəçi son mövsümdə 31 oyunda forma geyinib. Onun “Volfsburq”la bitən müqaviləsi yenilənməmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button