Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın “Leyptsiq” klubu futbolçusu Konrad Laymerlə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildən “Leyptsiq”dən forma geyinən Laymer, bu mövsüm Bundesliqada 20 oyunda iştirak edib. 22 yaşlı yarımmüdafiəçi Avstriya milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button