Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Almaniyanın “Köln” klubunda baş məşqçi Markus Qisdol istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qisdolun istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışı olub. “Köln” Bundesliqada ardıcıl 8 oyundur ki, qələbə qazana bilmir.

Qisdol 2019-cu ilin noyabrından “Köln”ü çalışdırırdı.

“Köln” hazırda Bundesliqada 23 xalla 17-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button