Rəsmi: Hazard 5 illik müqavilə imzaladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini daha bir futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Münhenqladbax “Borussiya”sından Torqan Hazardı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb.

Torqan Hazard “Çelsi”də forma geyinən Eden Hazardın qardaşıdır. Geridə qalan mövsümdə Münhenqladbax “Borussiya”sının formasıyla Bundesliqada 33 qarşılaşmada forma geyinən Torqan, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Borussiya” bir müddət əvvəl “Hoffenhaym”dan Niko Şulzu transfer etdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button