41 milyon avroya almışdılar, 10 milyona satırlar

Almaniyanın “Bayern” klubu futbolçusu Korentin Tolissonu satmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün 10 milyon avro tələb edir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Tolisso ilə İngiltərənin “Mançester Siti” və “Arsenal” klubları maraqlanır.

“Bayern” fransalı yarımmüdafiəçini 2017-ci ildə “Lion”dan 41 milyon avroya almışdı. Tolissonun “transfermarkt”da dəyəri 20 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button