“Real”ın futbolçusu “Bavariya”da – rəsmi

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Real”dan Alvaro Odriosolanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Bavariya”nın şərəfini qoruyacaq.

2018-ci ilin yayında “Real Sosyedad”dan “Real”a keçən ispan futbolçu, bu mövsüm La Liqada 4 oyuna çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button