“Bavariya” ingilis futbolçu ilə müqavilə imzaladı

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi son klubu “Ridinq” olan Omar Riçardsı transfer edib. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Omar Riçards “Bavariya”ya azad agent kimi keçib. İngilis futbolçunun “transfermarkt”da dəyəri 5 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button