Almaniyanın “Arminiya” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Frank Kramerə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kramerlə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Arminiya”da dünən baş məşqçi Uve Noyhaus istefaya göndərilmişdi. Bilefeld təmsilçisi Bundesliqada 16-cı sıradadır.