Millinin baş məşqçisi “Qalatasaray”ın futbolçusunu təriflədi

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Qalatasaray”ın hücumçusu Leroy Sanenin komanda üçün əhəmiyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Sanenin oyun üslubuna malik futbolçuların millidə çox olmadığını və onun qarşıdakı matçlarda mühüm rol oynaya biləcəyini deyib:

“Onun üslubunda olan oyunçularımız çox deyil. Sağ cinahdan tez-tez mərkəzə doğru hərəkət edir. Sağlamlığı imkan versə, bizim üçün çox vacib futbolçu ola bilər. Münasibətlərimiz çox yaxşıdır və Sane bir neçə yaxşı oyun keçirib. O, “Qalatasaray”da da yaxşı çıxış edir”.

Naqelsmann, eyni zamanda, futbolçunun bir qədər gözlənilməz oyun sərgilədiyini də vurğulayıb:

“Düzünü desək, meydanda onun sonda nə göstərəcəyini heç vaxt yüz faiz bilmirik”.

30 yaşlı Sane cari mövsümdə 34 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button