“Bavariya”nın prezidenti milli komandanı təhdid etdi

“Bavariya” klubunun prezidenti Uli Höness son vaxtlar müzakirə olunan Almaniya millisinin qapıçısı məsələsi ilə bağlı açıqlama verib.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, klub rəhbəri, növbəti aydan Almaniya millisinin əsas qapıçısının “Bavariya”nın futbolçusu Manuel Noyer deyil, “Barselona”nın “çərçivə qoruyucusu” Mark-Andre Ter Ştegenin olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Bunu qəbul edə bilmərik. Belə bir hal yaşansa, Almaniya milli komandasına futbolçu göndərməkdən imtina edərik. Almaniya millisini boykot edə bilərik”.

Klub rəhbərinin bu sözlərinə Almaniya millisinin rəsmisi Oliver Birhoff, “Bunu edə bilməzlər, FİFA-nın qaydalarına görə, klublar milliyə futbolçu göndərməyə məcburdurlar” deyə, cavab verib.

Bir müddət əvvəl Ter Ştegen Almaniya millisində özünün əsas qapıçı olmamasına etiraz etmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button