Almaniya millisinin “sükanı arxasına” keçə biləcək 3 namizəd

Futbol üzrə Almaniya millisində baş məşqçi postuna əsas namizədlər məlum olub.

Komanda.az “90 min” nəşrinə istinadən xəbər verir ki, namizədlər arasında “Bayern”də işləyən Tomas Tuxel, “Liverpul”un “sükanı arxasında” olan Yurgen Klopp və hazırda işsiz olan Yulian Naqelsmann var.

Əsas namizəd Tuxel hesab edilir. 50 yaşlı mütəxəssis mövsümün sonuna qədər həm klubda, həm də yığmada çalışa bilər.

Xatırladaq ki, Almaniya 2024-cü ildə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Ötən gün millinin baş məşqçisi Hans-Diter Flik istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button