Klub prezidenti 43 yaşında vəfat edib

“Herta” klubunun prezidenti Kay Bernşteyn 43 yaşında qəflətən vəfat edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edib. Bundan əvvəl o, “Herta”nın ən böyük fan-klubunu – “Berlin Harlequins 98”i yaradanlardan biri olub.

“Herta” bu mövsüm ikinci Bundesliqada çıxış edir. 17 turdan sonra Berlin klubu 25 xal toplayıb və 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button