Alman futbolçudan yeni rekord

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

Komanda.az “Opta Sport”a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi buna “Union Berlin”ə 4:2 hesabı ilə qalib gəldikləri Bundesliqanın 7-ci turunun oyununda nail olub.

Bundesliqada 207-ci qələbəsini qazanan təcrübəli oyunçu Dortmund təmsilçisinin sabiq yarımmüdafiəçisi Mixael Sorkun (206) rekordunu qırıb.

“Bayern”in yetirməsi olan Hummels 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib. 2016-2019-cu illərdə Münhen təmsilçisinin formasını geyinən futbolçu 2019-cu ildə yenidən Dortmund klubuna qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button