“Bavariya” Kanada klubuna 1 milyon avro ödəyəcək

ABŞ-ın “Vankuver Uaytkeps” klubu Alfonso Deyvisə görə “Bavariya”dan 1 milyon avro alacaq.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Xəbərdə, “Bavariya” ilə Kanada klubunun 19 yaşlı futbolçunun transferi zamanı belə bir şərtlə razılığa gəldikləri bildirilib. Münhen təmsilçisi Çempionlar Liqasını qazanmasından sonra kanadalı futbolçunun sabiq klubuna 1 milyon avro ödəməlidir.  

“Bavariya” 2018-ci ildə Deyvisə görə “Vankuver Uaytkeps”ə 10 milyon avro ödəmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button