A Seriyasından Super Liqa klubuna

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Benevento” klubunun fransız müdafiəçisi Jan-Klod Billonqu transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı mərkəz müdafiiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Portuqaliyanın “Leyksoeş” klubunda başlayan Billonq, sonralar “Rudar”, “Maribor”, “Foccia” və “Salernitana”da da forma geyinib.