“Portu”nun futbolçusu rəsmən Türkiyə klubunda
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Portu”nun braziliyalı yarımmüdafiəçisi Fernando Andradeni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Fernando Andrade geridə qalan mövsümdə Super Liqanın digər təmsilçisi “Sivasspor”da icarədə oynayıb. 2019-cu ilin yanvarından “Portu”da olan futbolçu, daha öncə “Santa Klara”, “Penafiel”, “Oriental”, “Rio Branko”, “Quarani”, “Vissel Kobe” və “San Kaetano” klublarının da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin