“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə məğlub oldu

Futbol üzrə Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Kayserispor” minimal hesabla qalib gəlib. “Trabzonspor” isə “Qaziantep”lə qarşılaşmadan xal itkisi ilə ayrılıb.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Yeni Malatyaspor” “Antalyaspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb. Son çempion “Başakşəhər” evdə “Göztəpə”ylə, “Ərzurumspor” isə “Rizəspor”la qolsuz heç-heçəyə razılaşıb. “Fənərbaxça” da “Fatih Karagümrük”lə ev oyununda qələbəyə sevinib.

Çempionlar Liqasında “Reyncers”lə məğlub olaraq, mübarizəni dayandıran “Qalatasaray” bu turda “Kasımpaşa” səfərinə yollanıb və yenə məğlubiyyətlə üzləşib. Bu mövsümün digər uğursuz komandası “Beşiktaş” da evdə “Gənclərbirliyi”nə uduzub. “Dənizlispor” – “Konyaspor” matçında hesab açılmayıbsa, “Alanyaspor” “Hatayspor”u 6 cavabsız qolla məğlub edib.

Türkiyə Super Liqası, 4-cü tur

2 oktyabr

Ankaragücü – Kayserispor 0:1
Qol
: İ.Parlak, 42.

Qaziantep – Trabzonspor 1:1
Qol
: Maksim, 90+2 – Kampi, 64.

3 oktyabr

Yeni Malatyaspor – Antalyaspor 1:0
Qol
: Tetteh, 10.

Başakşəhər – Göztəpə 0:0

Ərzurumspor – Rizəspor 0:0

Fənərbaxça – Fatih Karagümrük 2:1
Qol
: Samatta, 24; 67 – Sabo, 77-pen.

4 oktyabr

Dənizlispor – Konyaspor 0:0

Alanyaspor – Hatayspor 6:0
Qol
: Bakasetas, 18. Davidson, 23; 67; 77. Bareyro, 34. Mubandje, 45+2.

Beşiktaş – Gənclərbirliyi 0:1
Qol
: Stanku, 8.

Kasımpaşa – Qalatasaray 1:0
Qol
: Y.Erdoğan, 45+2.

Bombardir: Davidson (Alanyaspor) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button