Bundesliqa klubları qapıçılarını dəyişdirdilər
Almaniyanın “Ayntraxt” və “Şalke” klubları qapıçılarını dəyişdiriblər.
Komanda.az xəbər verir ki, “Şalke” Frankfurt təmsilçisindən Frederik Rennovu icarəyə götürüb.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Danimarka yığmasının da üzvü olan 28 yaşlı qolkiper bir illik icarəyə götürülüb.
“Şalke” öz qapıçısı Markus Şuberti də “Ayntraxt”a icarəyə verib. 22 yaşlı alman qolkiper mövsümün sonuna kimi Frankfurt təmsilçisinin formasını geyinəcək.
Yeri gəlmişkən, “Şalke”nin türk müdafiəçisi Ozan Kabak Almaniya Futbol Federasiyası tərəfindən 5 oyunluq cəzalandırılıb. Türkiyə millisinin üzvü 15 min avro cərimə də ödəməlidir.
Xatırladaq ki, Ozan Kabak ötən həftə baş tutan “Verder”lə çempionat oyununda rəqib futbolçuya doğru tüpürüb. Bu, oyundan sonra videogörüntülər vasitəsilə aşkarlandığı üçün türk müdafiəçi belə sərt cəzaya layiq görülüb.
Bizi Facebook-da izləyin