“Real” futbolçusunu icarəyə verir?
İspaniyanın “Real” klubunun üzvü Luka Yoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar”ın Yoviçi icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir. İngilislər bunun üçün “Real”a müraciət ediblər. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın Yoviçin ayrılmasını istəmədiyi, lakin cari mövsümü icarədə keçirməsinə müsbət yanaşdığı deyilir.
Serbiyalı futbolçunun “Real”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin