Çalhanoğludan “Şalke” ilə 4 illik müqavilə
Almaniyanın “Şalke” klubu bu il “Hoffenhaym”dan transfer etdiyi Kərim Çalhanoğlu ilə yeni – peşəkar müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Ötən ay 18 yaşı tamam olan futbolçu 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, K.Çalhanoğlu Türkiyə millisinin və “Milan”ın futbolçusu Hakan Çalhanoğlunun əmisi oğludur. Kərim özü də Türkiyənin U-19 yığmasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin