“Qalatasaray” rəsmisi “Neftçi” ilə oyundan danışdı

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaqları oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, “beİN Sports”a açıqlama verən Albayrak, mrəhələni keçmək istədiklərini deyib:

“İki qardaş ölkənin iki qardaş komandası qarşı-qarşıya gələcək. Türkiyəyə mərhələni adlayan tərəf olaraq qayıdacağıq”.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button