Fransalı hakim vəfat etdi – 46 yaşında
Fransalı futbol hakimi Sebastyen Desyaj vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Desyaj 46 yaşında vəfat edib. Mərhum hakim uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.
Sebastyen Desyaj Fransada 2011-ci ildən Liqa 1 və Liqa 2 oyunlarına təyinat alırdı. O, AÇ-2016-nın seçmə mərhələsinin oyunlarını da idarə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin