“Real”ın Beyl üçün yeni planı
İspaniyanın “Real” klubu futbolçusu Qaret Beyllə yollarını ayırmaq niyyətindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “kral kubu” uelsli futbolçunun yeni klub tapmasına kömək edəcək. “Real” futbolçunun yeni klubundakı məvacibinin yarısını ödəməyə hazırdır. Beylin İngiltərə klublarından birinə transfer olunacağı ehtimal edilir.
Hazırda “Real”da həftəlik 600 min pound qazanan Beylin klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin