La Liqa klubu “Real”ın futbolçusuyla gücləndi

İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”dan Alberto Soronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb.

“Qranada” Soro üçün “Real”a 2,5 milyon avro ödəyib. Futbolçu son mövsümü icarə əsasında Sequnda təmsilçisi “Saraqosa”da keçirib.

“Real” “Saraqosa”da çıxış edən Soronun transfer hüquqlarını 2019-cu ilin yayında 2,5 milyon avroya almış və yenidən bu kluba icarəyə vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button