“Oyunun nə qədər çətin olacağını bilirik, amma biz “Barselona”yıq”
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Barselona”nın futbolçusu Arturo Vidal oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubuna “Bavariya”dan transfer olunan Vidal, oyunun çətin keçəcəyini bildirib:
“Bu, ilin ən vacib oyunudur, çempionluqla bağlı böyük ümidlərimiz var. “Bavariya” hər zaman favoritdir, orda oynamışam, bunu hiss etmişəm. Amma “Barselona” dünyanın ən yaxşısıdır və şərtlər bərabərdir. Möhtəşəm oyun olacaq. “Bavariya” əla mövsüm keçirdi, Bundesliqanın və kubokun qalibi oldu. Oyunun nə qədər çətin olacağını bilirik, amma biz “Barselona”yıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin