“Barselona”lı futbolçular istirahətə buraxıldı

İspaniyanın “Barselona” klubunun futbolçuları istirahətə buraxılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. “Barselona”nın baş məşqçisi Kike Setyen futbolçulara bir həftəlik istirahət verib. Oyunçular iyulun 28-də məşqə qayıdacaqlar.

“Barselona” La Liqada son mövsümü ikinci sırada tamamlayıb. Kataloniya təmsilçisi avqustun 8-də, “Kamp Nou”da “Napoli” ilə Çempionlar Liqasının 1/8 finalının cavab oyununa çıxacaq. Komandalar arasındakı ilk matç qollu bərabərliklə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button