“Sabah”da ispaniyalı baş məşqçi – RƏSMİ

“Sabah” klubunun yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanıb.

Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.

“Sabah”ı son olaraq xorvatiyalı Jelko Sopiç çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button