PSJ-nin 2 futbolçusu Çempionlar Liqasında oynamaq istəmir
PSJ-nin iki futbolçusu – Edinson Kavani və Tomas Munye Paris klubunun Çempionlar Liqasındakı matçlarında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu iyunun 30-na qədər olan müqavilələrini yeniləməyəcək və klubu tərk edəcəklər.
UEFA, klublara futbolçuların iyunda bitən müqavilələrinin daha bir aylıq uzadılmasıyla bağlı müraciət etmişdi. Ancaq Kavani və Munye PSJ-də qalmaq istəmir və iyulun 1-də komandanı tərk edəcəklər.
PSJ Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin