Arteta Obameyanqı inandırmağa çalışacaq
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın hücumçusu Pyer-Emerik Obameyanqla bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, qabonlu futbolçunun klubdakı gələcəyi ilə bağlı bunları deyib:
“Obameyanq, ailəsi və meneceri ilə bir neçə dəfə görüşmüşük. Hər iki tərəf üçün doğru qərarı verə biləcəyimizdən əminəm. Ona komandada qalmağın karyerası üçün doğru addım olacağını göstərmək bizim işimizdir. Qalması üçün özünü dəyərli hiss etməlidir, biz ona özünü dəyərli hiss etdirməliyik. Onun komandada qalmasını istəyirik. Obameyanqı planlarımız üçün vacib futbolçu olduğuna inandırmalıyıq. Onun hazırkı performansından razıyam və düşünürəm ki, o, komandada xoşbəxtdir”.
Obameyanqın “Real”a transfer olunacağı iddia olunur. 30 yaşlı hücumçunun “Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin