Koronavirusa yoluxan futbolçu “Tottenhem”lə matçda iştirak edib
İngiltərənin “Norviç” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxan futbolçunun adı açıqlanmır.
Adı açıqlanmayan futbolçu, 7 günlük izolyasiyadan sonra yenidən test verəcək. Nəticə mənfi olsa, o, yenidən məşqlərə başlaya biləcək.
BBC, koronavirus aşkarlanan futbolçunun “Tottenhem”lə yoxlama matçında iştirak etdiyini bildirib. İyunun 12-də keçirilən matçda “Norviç” 2:1 hesabıyla qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin