“Qarabağ” türkiyəli futbolçu ilə güclənir?
Türkiyənin “1928 Bucaspor” klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə 20 yaşlı yarımmüdafiəçinin “Qarabağ”ın maraq dairəsində olduğu diqqətə çatdırılıb. Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin