“Atletiko”nun futbolçusu yeni klub yaratdı

Bir neçə gün əvvəl sosial şəbəkə hesabında yeni klubunun adını açıqlayacağına dair paylaşım edən “Atletiko”nun futbolçusu Saul Niqes məsələyə aydınlıq gətirib.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qardaşı ilə birgə “Kosta Siti” adlı yeni klub yaratdığını bəyan edib.

İspaniyalı futbolçu bu barədə “Tvitter” səhifəsində məlumat yayıb. Layihədə 30 komanda və 4-18 yaş arası 500 futbolçu olacaq.

Qeyd edək ki, “Atletiko”nun öz yetirməsi olan İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub. O, 2013/14 mövsümündə icarə əsasında “Rayo Valyekano”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button