Bundesliqada yeni rekordçu
Almaniya Bundesliqasının 29-cu turunda “Bayer” “Frayburq”a 1:0 hesabıyla qalib gəlib.
Komanda.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi Kay Haverts olub. Bununla da, 20 yaşlı futbolçu Bundesliqada vurduğu qolların sayını 35-ə çatdırıb. Bu göstərici ilə Haverts rekordçu olub. Belə ki, alman futbolçu Bundesliqada 21 yaşdan aşağı oyunçular arasında ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
Haverts 35 qol həddinə 114 oyunda çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin