Elvin Məmmədov: “Bunun səbəbini tapa bilmirəm” – Müsahibə
5 sual, 5 cavab
Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız son olaraq “Zirə”də forma geyinən və hazırda klubsuz olan Elvin Məmmədovdur:
- Elvin, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
- Bəli, həyatımdan razıyam. Bu həyatımı yaşamaq istərdim.
- Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
- Dəyişəcəyim ilk şey insanlar olardı.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyerana baxdıqda bu söz özünü doğruldurmu?
- Bəli, Ferqyusonun sözlərini dəstəkləyirəm.
- Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Xeyr. Hər zaman fəxr etmişəm ki, azərbaycanlıyam. Niyə məşqçi və futbolçular uğur qazana bilmir? Bunun səbəbini tapa bilmirəm.
- Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Bu, nəhəng dövlətlərdə futbol olmasa, mümkündür.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin