“Bəzən inəkləri meydandan qovmalı olurduq” – “Qəbələ”nin sabiq futbolçusu
“Qəbələ”nin sabiq futbolçusu Deyv Bultuis Niderlandın “De Telegraaf” nəşrinə açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, 2017-ci ildə “Qəbələ” və İsveçrənin “Sürix” klublarından təklif aldığını və pula görə Azərbaycan variantını seçdiyini deyib:
“Qəbələ” mənə ikiqat artıq pul təklif etdi. Seçim qarşısında qalmışdım: pul, yoxsa karyera? İlk variantı seçdim. Azərbaycanda 4 oyun oynadım. Heyətdə 11 legioner futbolçu var idi. Baş məşqçi legionerlərə əsasən hücum xəttində üstünlük verirdi. Oynamaq şansım az idi. Bu isə idman baxımından az məna kəsb edirdi. Bəzən inəkləri meydandan qovmalı olurduq”.
2017-ci ilin yayında “Nürnberq”dən “Qəbələ”yə keçən Deyv, 2018-ci ilin yanvarında Niderlandın “Herenven” klubuna transfer olunmuşdu. Müdafiəçi hazırda Cənubi Koreyanın “Ulsan Hundai” komandasında çıxış edir.
Bizi Facebook-da izləyin