Azərbaycan klubunun üzvü həbs olundu – narkotik maddə satdığı üçün
Azərbaycanın “Sərkərdə” klubunun basketbolçusu Nikolay Kojuhari saxlanılıb.
Komanda.az xəbər verir ki, İrlandiyanın Offali şəhərində saxlanılan moldovalı idmançı 100 min avro dəyərində narkotik maddə satmaqda ittiham olnur. Bu barədə “offalyexpress.le” saytı məlumat yayıb.
Nikolayla birgə Egidius Judiskis və Birr Beqqarstaun da narkotik maddə hazırlayıb, satmaqda şübhəli bilinir. Mayın 13-dən həbs olunan Nikolay və dostları mayın 20-də növbəti dəfə məhkəməyə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin