“Qalatasaray”ın prezidenti əməliyyat olunacaq

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilmiş Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengizin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 70 yaşlı klub rəsmisinin əməliyyat olunacağı məlum olub. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, hazırda Cengizin vəziyyəti yaxşıdı. Lakin o, səhhəti ilə bağlı bir neçə əməliyyat keçirəcək.

Xatırladaq ki, Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button