La Liqayla bağlı qərar verildi – 2021-ci ilə qədər…
İspaniyada koronavirus pandemiyasına görə La Liqa 2021-ci ilə qədər azarkeşsiz keçiriləcək.
Komanda.az xəbər verir ki, ölkənin baş naziri Pedro Sançes bu barədə La Liqanın rəhbəri Xavyer Tebası məlumatlandırıb. Futbol yarışlarının azarkeşsiz keçirilməsi qərarı klublara da bildirilib.
İspaniyada matçların azarkeşsiz oynanılması klublara böyük maliyyə itkisi yaşadacaq. La Liqanın rəhbəri Tebas, klublara maliyyə sabitliyini qorumaq üçün tədbirlər görmələrini deyib.
İspaniya La Liqasının iyunun əvvəlində bərpa olunacağı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin