Prosineçkidən Azərbaycan millisi ilə bağlı açıqlama: “Bu xəbərlərin reallıqla əlaqəsi yoxdur”
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki Azərbaycan millisindən təklif alması ilə bağlı yayılan iddialara cavab verib.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, “sport.avaz.ba” saytına müsahibəsində yenidən Azərbaycan millisinin baş məşqçisi olacağı ilə bağlı xəbərləri yalanlayıb:
“Bunları kimin yazdığını bilmirəm, belə bir məsələ yoxdur. Azərbaycan millisindən heç kimlə danışmamışam. Bu xəbərlərin reallıqla əlaqəsi yoxdur”.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin